Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində orta yaşlı azərbaycanlı kişi güllələnib.

Insident yerli vaxtla saat 20:30-da şəhərin Nizami Gəncəvi küçəsində baş verib.

Güllələnən şəxsin Marneuli sakini Rasim Gərəhməzli olduğu bildirilib.

O, aldığı güllə yarasından yerindəcə keçinib.

Əraziyə polis cəlb olunub, faktla bağlı istintaq başladılıb.

.