Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan MIDVOLGA-2 adlı Rusiya tankeri Türkiyənin Qara dəniz sahillərindən 80 mil məsafədə hücuma məruz qalıb.

Bu barədə Türkiyə KİV-ləri bu ölkənin nəqliyyat və infrastruktur nazirliyinə istinadən məlumat yayıb.

13 nəfərlik ekipajdan ibarət gəmi kömək istəməyib. Ekipaj üzvləri xəsarət almayıb.

Qeyd edilir ki, gəmi Türkiyənin Sinop şəhəri istiqamətində irəliləyir.

.