Gürcüstanla Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir, ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur.

Bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ölkənin nümayəndə heyətinin Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirakını şərh edərkən deyib.

O, Azərbaycanın Gürcüstan üçün mühüm tərfədaş olduğunu bildirib.

"Ölkələrimiz arasında prioritet məsələlər üzrə məlumat mübadiləsi əlbəttə ki, vacib əhəmiyyət kəsb edir", - nazir əlavə edib.

Boçorişvili qeyd edib ki, Baş nazir İrakli Kobaxidzenin tədbirdə iştirakı həm Gürcüstanın mövqeyinin səsləndirilməsinə, həm də tərəfdaş ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsinə imkan verəcək.

"Bakı yüksək səviyyəli konfransa, müxtəlif dünya liderlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edəcəyi görüşə ev sahibliyi edir. Əlbəttə ki, bu, Gürcüstan üçün vacib olan məsələləri vurğulamaq üçün vacib platformadır", - XİN rəhbəri əlavə edib.

.