Gürcüstan və Azərbaycan arasında sülh, sabitlik və regional inkişafa fokuslanmış tərəfdaşlıq gündən-günə daha da güclənir.

Bakıda iki günlük rəsmi səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili "Twitter" hesabındakı paylaşımında belə qeyd edib.

"Dost Azərbaycana rəsmi səfərimə başlamağımdan və Prezident İlham Əliyevlə görüşmək imkanı əldə etməyimdən şərəf duyuram. Biz Gürcüstan-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümünü vurğuladıq. Bizim sülh, sabitlik və regional inkişafa fokuslanmış tərəfdaşlığımız gündən-günə daha da güclənir", - deyə XİN başçısı bildirib.

.