Gürcüstan hökuməti Rusiya vətəndaşlarına viza rejiminin tətbiq olunması məsələsini nəzərdən keçirmir.

TASS xəbər verir ki, bunu bu gün hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə deyib.

“Əlbəttə ki, viza rejiminin tətbiq olunması məsələsi heç bir halda nəzərdən keçirilmir”, - deyə Kobaxidze Rusiyanın qismən səfərbərlik qərarını şərh edərkən əlavə edib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti hər hansı təhlükəni gözdən qaçırmamaq üçün hazırkı vəziyyətdə olduqca sayıq və ehtiyatlı olmalıdır.

.