Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası prezidentliyə namizədinin adını açıqlayıb.
Partiyanın siyasi şurasının noyabrın 27-də keçirilən iclasında Mixail Kavelaşvilinin Gürcüstan prezidentliyinə namizədliyi irəli sürülüb.
Bu barədə “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili partiyanın ofisində keçirilən brifinqdə məlumat verib.
Xatırladaq ki, Gürcüstan prezidentinin seçkiləri dekabrın 14-nə, andiçmə mərasimi isə dekabrın 29-na təyin edilib. Bu il ilk dəfə olaraq prezident ümumxalq səsverməsi ilə deyil, Seçicilər Kollegiyasının 300 üzvü tərəfindən seçiləcək.
.