Gürcüstan Prezidenti Salome Zurabişvili müxalif lider Giorgi Ruruanın əfvi barədə fərman imzalayıb.

Bu barədə S. Zurabişbili özünün sosial media hesabında paylaşım edib.

“Mən razılaşmanın birinci mərhələsinin yerinə yetirilməsini alqışlayıram. Öz tərəfimdən sözümü tutaraq əfv fərmanını imzaladım”, - deyə Gürcüstan Prezidenti qeyd edib.

Xatırladaq ki, G. Ruruanın həbsdən azad edilməsi müxalifətin dialoq prosesində hakimiyyət qarşısındakı əsas tələblərindən biri idi. G. Rurua 2019-cu ilin 18 noyabrında odlu silahların qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə saxlanılıb. O, 30 iyul 2020-ci il tarixində Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən 4 il müddətinə məhkum edilib. G. Rurua müxalifyönlü “Mtavari Arxi” telekanalın əsas hissədarlarından biridir.

.