Gürcüstan parlamentinin sədri Arçil Talakvadze istefa verib.

“Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə o parlament iclasından sonra keçirdiyi brifinqdə məlumat verib.

“Gürcü Arzusu” partiyasını təmsil etdiyim danışıqların müqavilənin imzalanması ilə başa çatdığını nəzərə alaraq hesab edirəm ki, parlamentin normal işləməsi üçün spiker postundan getməliyəm”, - deyə Talakvadze bildirib.

Talakvadze 2019-cu ilin iyunundan parlamentin spikeri vəzifəsini icra edib.

Qeyd edək ki, hökumətlə kompromis sazişi imzalayan müxalifət nümayəndələri 27 apreldə Gürcüstan parlamentində təmsil olacaqlar.

.