Gürcüstan parlamenti 2003-2012-ci illərdəki hakimiyyətin fəaliyyətini araşdıracaq komissiya yaradıb.

83 deputat bu təşəbbüsə dəstək verib.

Komissiya üç ay ərzində “Milli Hərəkat” dövrü ilə bağlı siyasi və hüquqi qiymətləndirmə aparacaq. Əgər bu müddət yetərli olmazsa, fəaliyyət müddəti altı aya qədər uzadılacaq.

Bu addımın Gürcüstanda keçmiş hakimiyyət dövrünə dair şəffaflıq yaradacağı və gələcəkdə ölkənin siyasi inkişafına dəstək verəcəyi bildirilir.

Qeyd edək ki, sözügedən dövrdə Gürcüstana hazırda həbsdə olan Mixeil Saakaşvili rəhbərlik edib.

.