Gürcüstanın Müdafiə Nazirliyinin 50-yə yaxın əməkdaşı hökumətin Aİ-yə üzvlük danışıqlarını dayandırmaq qərarı əleyhinə bəyanat imzalayıb.

Yerli KİV xəbər verir ki, bəyanatda Qərb strukturları ilə əməkdaşlığın inkişafının Gürcüstanın müdafiə və çəkindiricilik qabiliyyətinə töhfə verdiyi qeyd olunub.

“Gürcüstanın Müdafiə Nazirliyi uzun illərdir ki, bir tərəfdən müdafiə qüvvələrini gücləndirir, digər tərəfdən Gürcüstanın Avro-Atlantik inteqrasiyasını təşviq etməklə ölkənin milli maraqlarına uğurla xidmət edir”, - bəyanatda qeyd edilib.

.