Gürcüstan DİN etirazçılara xəbərdarlıq edib.

Qurumun bəyanatında parlament binasının ətrafında keçirilən aksiyanın zorakı xarakter aldığı, polisin qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə etdiyi qeyd olunub.

DİN mitinq iştirakçılarını polisin qanuni tələbinə tabe olmağa çağırıb.

Gürcüstanın Ombudsman aparatı isə DİN-i dinc etirazçılara qarşı xüsusi vasitələrdən istifadə etməməyə və onlara sərbəst toplaşmaq hüququndan istifadə üçün şərait yaratmağa çağırıb.

Qeyd edək ki, hazırda Rustaveli prospektində vəziyyət gərgin olaraq qalır. Polisin tələbinə baxmayaraq, etirazçılar ərazini tərk etmirlər.

.