Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfərə gedib.

Məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, İrakli Qaribaşvili səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirəcək.

Gürcüstanın hökumət başçısı eyni zamanda zəlzələ baş vermiş Hatay vilayətinin Antakya şəhərinə gedəcək.

Məlumataa görə, nümayəndə heyətinə daxili işlər naziri Vaaxtanq Qomelauri, Dövlət Təhlükəsizliyi Xİdmətinin rəisi Qriqol Liluaşvili, hökumət aadministrasiyasının rəhbəri Revaz Cavelidze və Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəisi Teymuraz Mğebrişvili daxildir.

.