Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, ölkəsi NATO-ya üzv olmaq öhdəliyinə sadiqdir.

 “Reuters“ verdiyi xəbərə görə, nazir bunu Qətərdə keçirilən iqtisadi konfransda bildirib.

İrakli Qaribaşvili NATO üzvlüyünə qədər Rusiya ilə ərazi problemlərini həll etməli olduqlarını vurğulayıb.

.