"Strateji tərəfdaşlıq belə olmur, biz qəyyum yox, tərəfdaş axtarırıq".
Bunu Gürcüstan patlamentinin sədri Şalva Papuaşvili "İmedi" telekanalının efirində Qərblə yaranmış gərginliyə münasibət bildirərkən deyib.
"Müşahidə etdiyimiz kədərli bir münasibətdir. Münasibətləri bərpa etmək üçün dürüstlük və xoş niyyət lazımdır. Kimsə bizə qəyyumluq etmək və bizi lazım bildiyi istiqamətə yönəltmək istəsə, bu, heç cür alınmayacaq. Təəssüf ki, tariximizdə bir çox böyük dövlətlər Gürcüstanla bağlı eyni səhvə yol veriblər, bir çoxları bizim dostluğumuzdan öz maraqları üçün istifadə etmək istəyib. Gürcü xalqına və onun hökumətinə qarşı saxta ittihamların və rəvayətlərin dayandırılması vacibdir", - Papuaşvili deyib.
.