“Bakıda əsən güclü külək nəticəsində Milli Məclisin binasının altı üzlüyü qopub”.

Bunu Milli Məclisin İşlər müdiri Firudin Hacıyev deyib.

O bildirib ki, binanın fasadı bərpa olunacaq:

“Hazırda küləkli hava şəraiti davam edir. Hava şəraiti normallaşandan sonra binanın qopan üzlükləri bərpa ediləcək. Bu, təbii bir hadisədir. Hazırda küləyin binaya vurduğu ziyanın qiymətləndirilməsi ilə bağlı işlər görülür”.

.