Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze baş nazir vəzifəsinə namizəd olub.
Bu barədə Gürcüstanın parlament çoxluğunun bugünkü görüşündə qərar qəbul olunub.
Qeyd edək ki, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ötən gün istefa verib.
M. Baxtadze 2017-ci ilin noyabrın 13-dən maliyyə naziridir. O, 2013-2017-ci illərdə "Gürcüstan dəmir yolları” SC-nin direktoru olub.
.
