Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.
"Report"xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığıHeydər ƏliyevBeynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müaviniYaqub Eyyubovvə digər rəsmi şəxslər qarşılayıblar.

