Gürcüstanda 3,6 maqnitudalı zəlzələ baş verib.

"Report” xəbər verir ki, bu barədə İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 15:08-də Tsalka rayonunun Paravani kəndi yaxınlığında qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumatlar daxil olmayıb.
.