Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs edilib.
"RİA Novosti" verdiyi xəbərə görə, Kərimovaya qarşı 6 maddə ilə ittiham oxunub. O, eyni zamanda, dövlət əmlakını mənimsəməkdə təqsirli bilinir.
Kərimova 2013-cü ildən ev həbsinə məhkum edilmişdi. 2015-ci ildə isə Daşkənd məhkəməsi ona 5 il azadlıqdan məhrumetmə cəzası vermişdi.
