Mərkəzi Amerika ölkəsi Salvadorda rixter cədvəli üzrə 7,2 bal gücündə zəlzələ baş verib.

ATV.az-ın məlumatına görə, yeraltı təkanların episentri liman şəhəri Triunfodan 153 kilometr cənub-qərbdə qeydə alınıb. Yerli mənbələr zəlzələ zamanı tələfatın olmadığını qeyd edib. Yerin 33 kilometr dərinliyində baş verən seysmik titrəyişlərdən sonra bölgədə sunami xəbərdarlığı elan edilib. 


.