GUAM xarici işlər nazirlərinin Nyu-Yorkda görüşü keçirilib.

Bu barədə Ukrayna Xarici İşlər naziri Vadim Pristayko öz "Twitter" səhifəsində məlumat verib.

"BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda GUAM xarici işlər nazirlərinin görüşünə sədrlik etdim. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova beynəlxalq arenada GUAM-ın effektivliyinin və nüfuzunun artırılması istiqamətində prioritet tədbirləri müəyyən ediblər”, - deyə ukraynalı nazir qeyd edib.
.