"Bu ayın 8-də GUAM-ın 20 illiyini Tbilisidə xarici işlər nazirləri səviyyəsində qeyd edəcəyik”.
Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. E. Məmmədyarov bildirib ki, GUAM-a üzv ölkələr planlaşdırılan nəqliyyat dəhlizinin üzərindədir: "Bu da bizə kömək edir ki, ölkələrin nəqliyyat, dəmiryol, sərhədlə bağlı qurumlarının rəhbərləri bu çərçivəsində geniş müzakirələr aparsınlar. Münaqişələrlə bağlı dörd üzv ölkə əziyyət çəkir. Bu ölkələrin hamısı beynəlxalq təşkilatlarda eyni mövqedən çıxır edir”.
P. Klimkin isə deyib ki, GUAM ölkələrinin oxşar siyasi hədəfləri var: "Əminəm ki, hər bir üzv ölkənin parlaq iqtisadi gələcəyi var. Qismən azad ticarət imkanlarından yararlana bilirik. Burada nəqliyyatla yanaşı, bir sıra əhəmiyyətli əməkdaşlıq sahələri var. Biz unikal tərəfdaşlıq modelinə malikik”.
"Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq tədricən güclənməkdədir. Biz strateji tərəfdaşlıq layihəsinin ikinci fəslini müzakirə edirik. İlk dəfədir ki, tərəfdaş ölkə üzv ölkələrlə tərəfdaşlıq layihəsi təklif edib. Bu bir az çətin prosesdir. Amma ümid edirik ki, proseslər hamar gedəcək. Biz yeni saziş üzrə danışıqları noyabrda Brüsseldə keçiriləcək sammit öncəsi yekunlaşdırmağı planlaşdırırdıq".
Bunu da Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, hazırda danışıqların növbəti mərhələləri keçirilir: "Oktyabrda açıq səma sazişi üzrə görüş olacaq. Bu, bəlkə də sonuncu görüş oldu. Hazırda tərəflər arasında əməkdaşlıq sürətlə inkişaf edir. İkitərəfli münasibətlər çərçivəsində bir sıra məsələlər var. Biz 10 üzv ölkə ilə strateji tərəfdaşıq. Bəziləri ilə strateji tərəfdaşlıq sənədi imzalamağa hazırlaşırıq. Ümid edirəm ki, Avropa Komissiyası ilə də bu sənədi imzalayacağıq".
