
“Bu il GUAM ölkələri arasında Azad Ticarət Zonasının yaradılması haqqında sazişə sonuncu əlavə protokolun imzalanması planlaşdırılır”.
Bunu Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik təşkilatın Milli Koordinatorlar Şurasının 56-cı toplantısında deyib.
Onun sözlərinə görə, zonanın yaradılması regionda ticarət həcminin artırılmasına imkan verəcək.
Nazir müavini həmçinin qeyd edib ki, GUAM çərçivəsində nəqliyyat infrastrukturunun inkişafına da xüsusi diqqət ayrılacaq.
.