Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin vəzifəsindən azad olunmasıyla bağlı xəbər yayılıb.
AzNews.az xəbər verir ki, Mübariz Ağayev Kənd Təsərrüfatı Naziri Heydər Əsədova müavin təyin edilib.
Faktı AzNews.az-a Göyçay rayon İcra Hakimiyyətinin mətbuat katibi Arif Yusifov təsdiqləyib. Bildirib ki, sərəncam yaxın saatlarda veriləcək: "Həqiqətən də Mübariz müəllim icra başçısı vəzifəsindən çıxarılıb. O, Kənd Təsərrüfatı Naziri Heydər Əsədova müavin təyin edilib”.
Məlumat üçün bildirək ki, bu barədə ilk məlumatı unikal.org saytı yayıb.
