Göyçay rayonunda qaz təchizatında problem yaranıb. Rayona verilən qazın dayandırılmasının səbəbi kimi ümumi magistral kəmərdə təmir işlərinin aparıldığı bildirilir.
Adının anonim qalmasını istəyən Göyçay sakini iddia edir ki, rayonda qazının kəsilməsinin səbəbkarları Göyçay Qaz İstismar Sahəsinin və Ağsu Regional Qaz İstismarı İdarəsi rəhbərləridir. Onların fəaliyyəti nəticəsində abonentlərlə idarənin əməkdaşları arasında tez-tez problemlər yaşanır. Mübahisələrə səbəb olan hallardan birinin sərfiyyatın sayğacdan yazılan rəqəmdən artıq yazılması olduğu bildirilir.
Göyçay Qaz İstismar Sahəsinin müdiri Rahim Yusifov iddialarla bağlı "Bizim Yol”a bildirib ki, rayonun qazla təchizatında problem yoxdur: "Fərdi problemlər ola bilər. Sayğacdan artıq borcun yazıldığı iddiası ilə bağlı araşdırma apara bilərik. Şikayəti olanlar idarəyə gələ bilərlər”.
.
