Göyçayda 33 yaşlı qadın özünü asıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaraməryəm kəndində qeydə alınıb.

Kənd sakini 1985-ci il təvəllüdlü Mahirova Raziyyə Əvəz qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib. Ailə üzvləri hadisədən tez xəbər tutub, koma vəziyyətinə düşən R. Mahirovanı təcili Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar. R. Mahirovanın vəziyyəti ağırdır.
.