Göygöldə intihar hadisəsi baş verib.

Hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

1956-cı il təvəllüdlü Elmira Niftəliyeva qollarını kəsərək intihar edib.

İlkin məlumata görə, o, psixoloji sarsıntı keçirərək bu yola əl atıb.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

.