İşğaldan azad edilmiş Laçın rayonunda Həkəri çayının üzərində yerləşən "Güləbird" kiçik su elektrik stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin fevralın 1-dək 87,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu barədə  Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Güləbird" SES il əvvəl fevralın 14-ü yenidən bərpa olunaraq istifadəyə verilib. Basqılı derivasiya tipli stansiyanın ümumi gücü 8 MVt-dır.

Qeyd edilib ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.

.