Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl və Quba rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 2 kömür quyusu aşkar olunub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Göygöl rayonu, Toğanalı kənd sakini Adil Bayramov və Quba rayonu, Xanagah kənd sakini Rəşid Seyfullayev olduğu müəyyən edilib:

“Qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.

.