Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində rayonun Qəbələ Müskürlü kənd sakini, əvvəllər də məhkum olunmuş Teymur Əmircanov saxlanılıb.

Onun kənd ərazisində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi qulluq göstərilməklə yetişdirilən 30 çətənə kolu və 1 kiloqram 480 qram qurudulmuş marixuana aşkar olunaraq, maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs çətənə kollarını mart ayında əkib-becərdiyini və qulluq göstərdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır. 

.