Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda Vətən müharibəsi şəhidləri Yadigar Əliyev və Elgün Xıdırovun anım tədbirində iştirak edib.
Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Anım mərasimində şəhidlərin məzarları ziyarət olunaraq qəbirləri üstünə əklil, gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Qeyd edək ki, şəhidlərimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa olunması zamanı gedən döyüş əməliyyatlarında göstərdikləri qəhrəmanlıqlara görə orden və medallarla təltif olunublar.
Şəhidlərin ailə üzvləri onlara göstərilən hərtəfəli diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdar olduqlarını bildiriblər.

.