Goranboyda avtobus körpüdən aşıb.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüdən çaya aşıb.
Xeyli yaralının olduğu bildirilir.
Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

Yaralılar:

Orucova Şəlalə Mustafa qızı (48 yaş)

Vəliyeva Qızxanım İlyas qızı (51 yaş)

Aslanova Mehriban Müzəffər qızı (48 yaş)

Məmmədova Gülarə Camal qızı (1962)

Ələkbərova Xalidə Salman qızı (1961)

Əhmədova Xatirə Nağı qızı (1975)

İsmayılova Nazilə Qafar qızı (1960)

Hacıyeva Afaq (1995)

Zamanova İhamə Teymur qızı (1972)

Nəsibova Rafilə Teymur qızı (1962)

Ələsov Sarvan Qiyas oğlu (1996)

Məmmədova Sevinc Ziyafət qızı (1964)

Məmmədova Pəranə Güloğlan qızı (1964)

Arıyeva Gülşən Mehman qızı (1990)


.