YAP Goranboy rayon təşkilatının inzibati binasında Çernobıl faciəsinin 35-ci il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, rayonda yaşayan Çernobıl əlilləri və ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbiri deputatın köməkçisi Elçin Cahangirov açaraq Çernobıl hadisələri barəsində məlumat verib və hadisədə həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, Çernobıl qəzasının nəticələri Azərbaycandan da yan keçməmişdir. Qəzanın nəticələrinin aradan qaldırılmasında 7 mindən çox həmyerlimiz iştirak etmişdir. 1993-cü ildə ümummilli lider Heydər Əliyev Çernobılda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən Azərbaycan vətəndaşlarının statusu haqqında sənəd imzalamaqla bu kateqoriyadan olan insanlara diqqət və qayğısını bir daha nümayiş etdirdi. Bu qayğı və bu diqqət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılıb, onların sosial müdafəisi gücləndirilib.
Çernobıl Əlilləri Cəmiyyətinin sədri Namiq Məmmədov və digər tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib.
Sonda Çernobıl əlillərinə deputat tərəfindən göndərilən sovqatlar paylanılıb.

.