Yanvarın 26-da saat 14 radələrində Goranboy rayonu Baxçakürd kəndi ərazisində 1976-cı il təvəllüdlü Sevinc Məmmədovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Atəş Ələkbərov saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
.