Ölkənin hər yerində kütləvi ixtisarlar davam edir, müəssisələr fəaliyyətini dayandırır. "Goranboy" facebook səhifəsinin yaydığı məlumata görə, ötən il rayonda 400-ə yaxın iş yeri bağlanıb.
"Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına dair keçirilən hesabat müşavirəsində Prezident İlham Əliyev icra başçıları qarşısında şərt qoydu ki, onlar hər ay rayonda açılan iş yerləri barədə Prezidentə hesabat versinlər. Amma Goranboyda iş yeri açmaq əvəzinə iş yerləri bağlanır. 150 nəfərin işlədiyi "Qalib qrup" MMC bağlanıb", qeyd edilir.
Bundan başqa rayonda, digər müəssisələrdə 200 nəfər işçi ixtisar olunub, gips kariyerləri bağlanıb: "Həmçinin Baytarlıq idarəsinə işçilərin ixtisar olması barədə məktub daxil olub".
.
