Goranboyda qohumların münaqişəsi ölümlə nəticələnib.

Hadisə Goranboy şəhərində, Mərkəzi Bazar yaxınlığında baş verib.

Rayonun Buzluq kəndinin sakinləri olan yaxın qohumlar 65 yaşlı Əmiraslan Nağıyevlə 1966-cı il təvəllüdlü Fərrux Qasımov arasında düşən mübahisə əlbəyaxa davaya çevrilib. Ə.Nağıyev qohumunu küçənin ortasında döyərək, ona ağır xəsarət yetirib. Ə.Nağıyev daha sonra "Niva" markalı avtomobillə F.Qasımovun üzərinə sürərək onu öldürüb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev saxlanılaraq istintaqa təhvil verilib.

.