Goranboy rayonu və Naftalan şəhərində Çernobıl faciəsinin 36-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Çernobıl əlilləri İttifaqı İctimai Birliyi Goranboy rayon filialının sədri Namiq Məmmədov, YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov və rayonda yaşayan Çernobıl əlilləri iştirak edib. 

Öncə tədbir iştirakçıları Çernobıl qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxışlarda vurğulanıb ki, Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən xalqımızın Ümummilli Lideri Heydər Əliyev bu qəzanın ləğvində iştirak etmiş və həmin faciədən zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında Sərəncamlar imzalamışdır.  Hazırda Ulu Öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamları ilə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən bütün şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, onların pensiya və müavinətlərı mütəmadi olaraq artırılır, mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Bir sözlə, bu kateqoriyadan olan insanların sosial təminat məsələləri daim diqqət mərkəzində saxlanılır.

Çernobıl Əlilləri Cəmiyyətinin sədri Namiq Məmmədov və digər tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib.

Sonda Çernobıl əlillərinə deputat tərəfindən göndərilən sovqatlar paylanılıb.

.