Azərbaycanda gömrük keçid məntəqəsində vətəndaş döyülüb.
Bu barədə sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində məlumat verilib.
Bildirlir ki, gömrük işçiləri narazı vətəndaşı Biləsuvar Gömrük Məntəqəsindən çıxarmağa çalışırlar. Lakin vətəndaş otaqdan çıxmaq istəmədikdə ona qarşı güc tətbiq edirlər. Hadisənin görüntüləri yayılıb.
