Meyvə-tərəvəz bol vitamin mənbəyidir. Bunun üçün də hər kəs qida rasionunda meyvə-tərəvəzdən mümkün qədər çox istifadə etməyə çalışır. Amma bir çox hallarda bu məhsulların keyfiyyəti ilə bağlı narahat edici məqamlar ortaya çıxır. Aldığımız məhsula diqqət yetirməliyik ki, geni modifikasiya olunanları yemiyək. Bazarlarda görünüşcə qüsursuz, standart formalı meyvə tərəvəzə çox rast gəlinir. Bəs bunlar orqanizm üçün nə qədər təhlükəlidir? Bu məhsulları yerli meyvələrdən necə ayırd edə bilərik? Mövzunu əməkdaşımız Aygün Əliyeva Lənkəranda araşdırmağa çalışıb.Bir çox hallarda bitkinin soyuğa, xəstəliyə dözümlü, məhsuldar olması üçün genin dəyişdirilməsi metodundan istifadə edirlər. Ölkənin istənilən bölgəsində bütün bazarlara yola açan bu cür məhsulları bir çoxumuz bəh-bəhlə alırıq, gözəlliyinə valeh olur və ən əziz qonağımıza təklif edirik. Bəzilərimiz isə saralıb solan, görünüşü heç də ürək açan olmayan meyvələri alırıq. Bu meyvələrin yerli və daha sağlam olduğunu bildiyimiz üçün.Bəs alış-verişə gedərkən keyfiyyətli məhsulu necə tanıyaq? Bazarlıq edərkən nələrə diqqət etməliyik ki, təbii meyvə və tərəvəzlərdən dadaq. Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı GMO məhsulların xüsusi laboratoriyalardan keçdiyini bildirdi
Sinxron- Fazil Talıblı - SMPDK-nIn mətbuat xidmətinin rəhbəri:"Bizim laboratoriyanın bütün növ imkanları var GMO analizlərini aprmağa.Həmçinin kominətinin laboratoriyasının funksionallığı ötən il artırılmışdır.Və artıq bütün məhsulların tərkibində DNT analizlərinin aparılması imkanları yaradılmışdır.Mütəxəssislər xarici ölkələrdə kurs keçiblər.Bir sözlə qeyd etmək istərdim ki, StandartlaşmaKomitəsinin (SMPDK) nəzarətində olan məsələdir”
Soyuğa, istiyə davamlı olan bu meyvələrə həşəratlar da yaxın gəlmir. Mütəxəssislər, belə meyvələrin tərkibinin olduqca təhlükəli olduğunu və öz təsirini bir müddət sonra mütləq biruzə verdiyini bildirirlər. Hətta el misalı da var ki, yerə düşən qurdlu meyvəni götür ye, ən dadlısı odur, qurd bilir hara düşür. Mütəxəssislər hesab edir ki, xəstəliyə qarşı dərman istifadə edilirsə, həmin meyvənin üzərinə heç vaxt qurd gəlmir. Əgər qurd belə bu meyvəni yemirsə gerisini siz düşünün.
Aygün Əliyeva-Müxbir:"Bir sözlə qəbul etdiyiniz meyvə -tərəvəzin faydalı olmasını istəyirsinizsə hər məhsulu öz mövsümündə alın. Narıngini qışda ,armudu isə yayda.Necə deyərlər hər şeyin öz vaxtı var.”
Yenizaman.az
