İsveçrədə yaşayan bir kəndli Roma imperiyasından qalma dəfinə tapıb. BBC-nin xəbərinə görə, gümüş və titan sikkələri tapan kəndli polislərə xəbər verib. Araşdırmalar nəticəsində məlum olub ki, sikkələrin bir qismi 3-cü ərdə yaşayan Roma imperatoru Aurelianın, bir qismi isə həmin yüzillikdə yaşamış Roma imperatoru Maksimianın dövrünə aiddir. Yeni kəşf üzərində araşdırma aparan arxeoloqlar belə bir tapıntını araşdırmağın onlar üçün çox önəmli olduğunu deyiblər. Gümüş və titan sikkələrinin sayının 4 min 166, ağırlığının 15 kilo olduğu açıqlanıb. Tapılan xəzinənin İsveçrə tarixində tapılan ən böyük sərvət olduğu məlum olub.
.