Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəncə qapıların yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan iki "Mercedes" və "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəzadan sonra avtomobillər yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar 2002-ci il təvəllüdlü Murad Dadaşov və Mürsəl Nəzərovdur.

Faktla bağlı araşdırma aparılır.

Ağdaşda avtomobil qəzası baş verib, ölən var

Ağdaşda avtomobil qəzası baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, yanvarın 28-i saat 06 radələrində Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində Aydın İsmayılovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü Əzizova Laləzar İsgəndər qızı aldığı xəsarətlərdən vəfat edib.

Araşdırma aparılır.

.