Gəncədə baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Hadisəni törədən 1959-cu il təvəllüdlü Mahir Quliyevlə qeyri-rəsmi münasibətdə olduğu 1979-cu il təvəllüdlü İlhamə Hüseynovna 1999-cu il təvəllüdlü Akif Ağalarova qısqanıb.

Əvvəlcə Mahir Quliyev İlhamə Huseynovanı bıçaqla qətlə yetirib, daha sonra isə Akif Ağalarovu bıçaqlayıb.

Hadisəni törədən şəxs qadının öldüyünü görəndən sonra özünə də xəsarət yetirib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

***

İyun ayının 26-da saat 16 radələrində Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisəni qısqanclıq zəminində törədən 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

.