Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Əsgərova Həcər Hüseyn qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadın əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.
 

.