Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərin Şərq küçəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Kamal Əliyev ayağından bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, dərhal yarası tikilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə Kamal Əliyev Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşıdır.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
.