Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin, 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun meyiti tapılaraq çıxarılıb.
Bu barədə Trend FHN-ə istinadən xəbər verir.
Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib.
Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
****
Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölən və yaralanan şəxsin adı məlum olub olub.
Dağıntılar altından hələlik bir nəfərin meyiti çıxarılıb. Bu, 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadədir. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.
Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

