Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğın olub.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb, yanğın saat 12:25-də söndürülüb.

***

Gəncə şəhərində yanacaqdoldurma məntəqəsində partlayış olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Əraziyə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.

.