
Martın 6-da saat 05:00 radələrində 1984-cü il təvəllüdlü şəxs ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, 30 həftəlik hamiləlik, dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən şəxsin reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.
.