Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

1980-ci ildə anadan olmuş Elmar Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin səbəbi məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.
 

.