Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Əhmədov Ayxan Abbas oğlu qarının kəsilmiş və deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Tovuzda 37 yaşlı kişi bıçaqlanıb

Tovuzda da bıçaqlanma hadisəsi baş verib.

Hadisə Mərdan Musayev küçəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Vəliyev Elşad Bəhram oğlu qarının kəsilmiş deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyata götürülüb, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır

.