Gəncədə 12 yaşlı uşağın intiharı faktı üzrə araşdırma başlayıb.
Gəncədə intihar hadisəsi baş verib.
Hadisə şəhərin Bağman adlanan yaşayış massivində qeydə alınıb.
2012-ci il il təvəllüdlü A.M. yaşadığı evdə özünü asıb. Azyaşlının meyiti yaxınları tərəfindən asılmiş vəziyyətdə tapılıb.
Azyaşlı Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi olub.
Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, A.M. bu gün günorta saatlarında yaşadığı evdə özünə qəsd edərək intihar edib. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.